Yuri Syomin azarkeşlərə üzünü tutdu: Səbirli olsunlar
16.04.2014 - 17:46
Yuri Syomin azarkeşlərə üzünü tutdu: Səbirli olsunlar

“Qarşıda hələ cavab oyunumuz var. Bu gün isə çox yaxşı nəticə əldə etdik”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.

Rusiyalı mütəxəssis “Xəzər Lənkəran” üzərində qələbəni şərh edib: “Matçın müəyyən hissələrində çox yaxşı oynadıq. Xüsusən də qol vurduğumuz epizodlarda. Qarşıdakı cavab oyununa da ciddi yanaşmalıyıq. Artıq çempionatdakı görüşümüzə hazırlaşacağıq. “Qarabağ”la kubok oyunundan sonra 4 müdafiəçimiz zədələndi. Bu, futbolda nadir rast gəlinən hallardan biridir. Ardıcıl məğlub olduğumuz oyunlar oldu. Lakin biz işimizi davam etdirdik, vəziyyəti düzəldəcəyimizə inanırdıq. Komanda məşqlərini davam etdirirdi. Futbolçularıma bu baxımdan iradım yoxdur. Psixoloji cəhətdən isə vəziyyətimiz yaxşı deyildi”.

Syomin “Qəbələ” azarkeşlərinə müraciət etməyi də unutmayıb: “Azarkeşlərimizə üzümü tutub deyirəm ki, səbirli olsunlar və qalib gələndə də, məğlub olanda da bizi dəstəkləsinlər. İlk hissədə müdafiədə dəqiq oynadıq, lakin hücumda oyunumuz alınmırdı. İkinci hissədə isə həm müdafiədə, həm də hücumda oyunumuz yaxşı alındı”.

0