Mustafa Dənizli: Son sözümüzü söyləməmişik
16.04.2014 - 17:55
Mustafa Dənizli: Son sözümüzü söyləməmişik

“Bu cür oyunu gözləmirdim. Məğlub olduq”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli deyib.

Bu gün “Xəzər Lənkəran” ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində “Qəbələ”nin qonağı olub. Premyer Liqanın son 2 görüşündə üstün olan cənublular bu dəfə ağır yenilgi ilə üzləşib – 0:3.

Bununla belə, Dənizli Lənkəranda nəticəni öz xeyirlərinə dəyişərək finala çıxacaqlarına ümidini itirmədiyini bildirib: “Fikrimcə, cavab qarşılaşması Azərbaycan kubokunun tarixində ən vacib oyunlardan biri olacaq. İlk matçda məğlub olsaq da, finala çıxmaq şansımızı itirməmişik. Bir həftədən sonra keçiriləcək cavab qarşılaşmasının necə nəticələnəcəyi hamımız görəcəyik. Hamı cavab oyununu gözləsin. 0:3 ağır hesabdır. Son sözümüzü söyləməmişik”.

0