Böyükağa Hacıyev: “Rəvan”ı keçməmək faciə sayılacaq
16.04.2014 - 21:04
Böyükağa Hacıyev: “Rəvan”ı keçməmək faciə sayılacaq

“Gərgin oyun yox idi. Əlimizə düşən imkanlardan istifadə edə bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra deyib. 

 

Böyükağa Hacıyev kubokun iki oyundan ibarət olduğunu xatırladıb: “Cavab oyununda bütün suallara aydınlıq gətirəcəyik. Rəqibin seçəcəyi taktikadan asılı olmayaraq “Neftçi” qələbəyə oynayacaq. Erik Ramosun yoxluğunu əvəz edə bilmədik. “Rəvan” cavab oyununda qolsuz heç-heçəni saxlamağa çalışacaq. Lazım olsa, həmin oyunda 5 hücumçu ilə oynayacam. Komandanın fiziki hazırlığına ispaniyalı məşqçi cavabdehdir. Komandada arxayınlıq var idi, klub daxilində bu məsələni müzakirə edəcəyik. Cavid İmamverdiyev təkbətək epizodda fərqlənə bilmədi. Bir hücumçu ilə qalmışıq. Rauf Cabbarovun hakimlik etməsinə “Rəvan” etiraz edirdi. Amma Rauf Cabbarov elə “Rəvan”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin etmədi. Hakimlikdən nə qədər danışacağıq? Ən yaxşısı – susmaqdır. “Rəvan”ı keçməmək mənim üçün faciə sayılacaq. Azərbaycan kubokunun finalına çıxmalıyıq”.

 

 

0