"Real" İspaniya kubokunu qazandı
17.04.2014 - 01:20
"Real" İspaniya kubokunu qazandı

Bu gün İspaniya Kubokunun finalı keçirilib. Apasport.az saytının məlumatına görə, finalda əzəli rəqiblər – “Barselona” və “Real Madrid” qarşılaşıblar. "Real" 2:1 hesabı ilə qaləb gələrək kuboku qazanıb.

 

Bu oyun mövsümdə üçüncü və sonuncu El Klassiko olub. “Real” finala gedən yolda “Kartahena”, “Hetafe”, “Levanta” və “Real Sosyadad”ı yarışdan kənarlaşdırıb. Madridlilər 8 oyundan ancaq 1-də heç-heçəyə razı olublar. “Barselona” isə turnir ərzində “Olimpik Çativa”, “Osasuna”, “Espanyol” və “Atletiko Madrid”dən üstün olub. Kataloniyalılar da turnir ərzində ancaq bir dəfə meydandan bərabərliklə ayrılıblar.

 

Hesabı ilk hissədə "Real"ın oyunçusu Di Maria açıb. Fasilədən sonra "Barselona" bərabərlik qolunu vurub. Amma əsas vaxtın bitməsinə 5 dəqiqə qalmış "Real"ın hücumçusu Haret Beyl topu meydanın özlərinə aid olan hissəsində ələ keçirərək uzun reyddən sonra qələbə qolunu vurub. 

 

İspaniya kuboku - FİNAL

 

“Real Madrid” – “Barselona” - 2:1

Qollar: Di Maria, 10: Beyl, 85 - Bartra, 68

 

0