Teves: Messi ilə münaqişəm yoxdur
17.04.2014 - 03:49
Teves: Messi ilə münaqişəm yoxdur

 

“Yuventus”un hücumçusu Karlos Teves Argentina millisinə çağırılmamasına kapitan Lionel Messi ilə münaqişəsinin səbəb olduğu barədə şayiələri təkzib edib. Apasport.az saytının məlumatına görə, argentinalıların baş məşqçisi Alexandro Sabelya Turin klubunun hücumçusunun namizədliyini nəzərdən keçirmədiyini açıqlayıb.

 

Teves bu şayiələrin haradan peyda olduğunu anlamadığını bəyan edib: “Biz Messi ilə dəfələrlə bir yerdə oynamışıq və məşq etmişik. Heç bir zaman problemimiz olmayıb. Lionel yaxşı insandır”.

 

 

0