“Mançester Siti” “Çelsi”yə yaxınlaşdı
17.04.2014 - 00:46
“Mançester Siti” “Çelsi”yə yaxınlaşdı

 

İngiltərə çempionatının 26-cı turunun təxirə salınmış iki oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Mançester Siti” “Sanderlend”i, “Everton” isə “Kristal Palas”ı qəbul edib.

 

“Mançester Siti” öz meydanında “Sanderlend”lə 2:2 hesablı bərabərliklə razılaşıb. Bu bərabərlik mançesterlilərə turnir cədvəlində mövqelərini bir qədər möhkəmləndirməyə və ikinci yerdəki “Çelsi” ilə xal fərqini azaltmağa imkan verib.

 

Beşinci yerdə gedən “Everton” isə gözlənilmədən öz meydanında “Kristal Palas”a 3:2 hesabı ilə uduzub. Bu məğlubiyyət onu “Arsenal”ı qabaqlayaraq dördüncü yerə çıxmaq imkanından məhrum edib.

 

 

0