Bloxin istefaya göndərildi
17.04.2014 - 03:00
Bloxin istefaya göndərildi

 

Kiyev “Dinamo”sunun baş məşqçisi Oleq Bloxin istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, onun istefası barədə qərar “Dinamo” – “Şaxtyor” oyunundan sonra qəbul edilib.

 

Qeyd edək ki, “Dinamo” aprelin 16-da Ukrayna çempionatının növbəti turunda öz meydanında “Şaxtyor”a 2:0 hesabı ilə məğlub olub. Matçdan dərhal sonra Bloxin istefa xəbərini açıqlayıb: “Mənim cəmi iki sözüm var. Mən istefaya gedirəm. Bu xəbəri mənə indicə dedilər. Sağ olun! Bütün digər sualları klub prezidentinə ünvanlayın”.

 

Sovet futbolunun əfsanəsi sayılan Bloxin 2012-ci il sentyabrın 25-də “Dinamo”ya baş məşqçi təyin edilib. Kiyevlilər o zamandan heç bir mükafatı udmayıblar, tarixlərində ilk dəfə çempionatda üçüncü yeri tutublar.

 

 

0