“Messi fiziki deyil, psixoloji cəhətdən yorulub”
17.04.2014 - 05:33
“Messi fiziki deyil, psixoloji cəhətdən yorulub”

“Barselona”nın lideri Leonel Messinin son vaxtlar nümayiş etdirdiyi sönük oyun mütəxəssislərin diqqətini cəlb edib. Apasport.az saytının məlumatına görə, Argentina yığmasının keçmiş baş məşqçisi Luis Sesar Menotti futbolçunun qeyri-stabil oyunu ilə bağlı fikrini bildirib.

 

Sesarın fikrincə, Messi psixoloji cəhətdən yorulub: “Messi əminlik olmayan oyunlardan qurtulmalı, “Barselona” kimi klubda oynamağın verdiyi sevinc, qürur və ehtiras hisslərini qaytarmalıdır. Onun özünü dünya çempionatına qoruduğuna inanmıram. Elə bir hiss yaranır ki, onun problemləri başındadır. Bunun qarşıdan gələn dünya çempionatı ilə əlaqəsi yoxdur. Onun fizikidən çox psixoloji cəhətdən yorulduğunu görürəm. Bu qədər oynayanda və belə böyük məsuliyyəti üzərinə götürəndə belə şeylər normal sayılmalıdır. Bəlkə də bir neçə gün dincəlmək ona özünə gəlməyə və yenidən dünyanın ən yaxşısı olmağa kömək edə bilər”.

 

 

0