Ançelottidən unikal nailiyyət
17.04.2014 - 06:13
Ançelottidən unikal nailiyyət

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti İspaniya kubokunda qalib gəlməklə unikal nailiyyətə imza atıb. Apasport.az saytının məlumatına görə, Ançelotti portuqaliyalı Joze Mourinyodan sonra üç ölkənin kubokunu qazanan ikinci baş məşqçi olub.

 

Ançelotti “Milan”la İtaliya kubokunu, “Çelsi” ilə İngiltərə kubokunu və “Real”la İspaniya kubokunu qazanıb.

 

“Çelsi”nin hazırkı baş məşqçisi də “Çelsi” ilə İngiltərə kubokunu, “Real”la İspaniya kubokunu qazanıb. İtaliya kubokunu isə ona “İnter” əldə etməyə kömək edib. Amma Ançelottidən fərqli olaraq, Mourinyonun aktivində “Portu” ilə Portuqaliya kuboku da var.

 

 

0