Kubokun “11-liy”i
17.04.2014 - 08:25
Kubokun “11-liy”i

Azərbaycan kubokunun bombardirləri siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, yarımfinalın ilk oyunlarında qol vuran 4 futbolçudan 3-ü yarışın ən məhsuldarı olmaq üçün mübarizəyə qoşulub.

 

“Neftçi”də Araz Abdullayev, “Qəbələ”dən isə Viktor Mendi ikinci qolunu vurub. Sonuncunun komanda yoldaşı Nizami Hacıyev isə dublla qol sayını 2-yə çatdırıb. Bununla da kubokda 2 qol vuranların sayı 10-a çatıb. Bu 10 futbolçu kubokun bombardiri Etame Mbiladan 1 qol geri qalır. 

 

1. Etame Mbilla (“Xəzər Lənkəran”) – 3 qol

2-11. Araz Abdullayev (“Neftçi”), Nizami Hacıyev, Viktor Mendi (hər ikisi “Qəbələ”), Sadio Tounkara (“Xəzər Lənkəran”), Vüsal Qarayev (“Rəvan”), Aleksandr İaşvili, Asif Məmmədov (hər ikisi “İnter”), Reynaldo Silva (“Qarabağ”), Elvin Adışirinli (“Şuşa”), Rəşad Eyyubov (“Simurq”) – hərəyə 2 qol

0