10 illik yubileydə 10-cu biabırçılıq
17.04.2014 - 09:12
10 illik yubileydə 10-cu biabırçılıq

“Xəzər Lənkəran” tarixində 10-cu dəfə böyük hesabla uduzub. Apasport.az saytının məlumatına görə, ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçında Qəbələdə eyniadlı komandadan 3 cavabsız qol “yeyən” cənub təmsilçisi indiyədək 9 ağır məğlubiyyət yaşamışdı.

 

2004-cü ildə yaranan Lənkəran təmsilçisi ilk dəfə böyük hesabla məhz kubokda uduzub. Buna 2006-cı ildə təsadüf olunmuşdu. Kubokda ikinci dəfə 3 top fərqi ilə uduzan “ağ-yaşıllar” 2 dəfə avrokuboklarda, 6 dəfə ölkə çempionatında böyük hesabla yenilib.

 

Bu məğlubiyyət cari mövsümdə 5-ci böyük hesablı yenilgidir. Qəbələdəki matçadək Avropa Liqasında 1, çempionatda 3 belə nəticəyə təsadüf olunmuşdu. Bu isə o deməkdir ki, ağır məğlubiyyətlərin yarısı 2013/14 mövsümünə təsadüf edib.

 

“Qəbələ” “Xəzər Lənkəran” üzərində böyük hesablı qələbə qazanan 8-ci komandadır. Yalnız “Neftçi” və “Bakı” buna 2 dəfə nail olub.

“Xəzər Lənkəran”ın böyük hesablı məğlubiyyətləri

2005/06 mövsümü, Azərbaycan kubok
07.05.2006. “Karvan” (Yevlax) - 0:3


2008/09 mövsümü, UEFA kuboku
31.07.2008. “Lex” (Polşa) - 1:4


2010/11 mövsümü, Premyer Liqa
17.10.2010. “Gəncə” (Gəncə) - 1:4


2011/12 mövsümü, Premyer Liqa
06.11.2011. “Neftçi” (Bakı) - 0:5


2011/12 mövsümü, Premyer Liqa
14.04.2012. “Bakı” (Bakı) - 1:4


2013/14 mövsümü, Avropa Liqası
25.07.2013. “Makkabi” (Hayfa, İsrail) – 0:8 


2013/14 mövsümü, Premyer Liqa
27.10.2013. “Qarabağ” (Ağdam) – 0:3


2013/14 mövsümü, Premyer Liqa
02.11.2013. “Neftçi” (Bakı) – 1:4 


2013/14 mövsümü, Premyer Liqa
22.11.2013. “Bakı”  – 0:3

 

2013/14 mövsümü, Azərbaycan kubok

16.04.2014. “Qəbələ” – 0:3

0