Berti Foqts: Bu, parlaq layihədir - FOTO
17.04.2014 - 09:27
Berti Foqts: Bu, parlaq layihədir - FOTO

Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Almaniyada keçirilən xeyriyyə tədbirində iştirak edib. Apasport.az saytının məlumatına görə, Emmerix şəhərində təşkil olunan tədbirə dəvətli olan təcrübəli mütəxəssis lotereyanın qaliblərini də mükafatlandırıb.

 

Mərasimə fəxri qonaq kimi qatılan Foqts göz eynəkləri və eşitmə aparatları istehsalçısı “Pleynes” təşkilatçılığından da məmnun qalıb: “Hər şey əla idi. Bu, parlaq layihədir. Tədbir əla təşkil olunmuşdu. Mənim üçün Emmerix sabiq komanda yoldaşım Rayner Bonhofun doğma şəhəridir. İmkan olanda onunla görüşüb, yemək yeyirik”.

 

Qeyd edək ki, 2008-ci ildən Azərbaycan yığmasında çalışan Foqts Almaniya millisi ilə həm futbolçu, həm məşqçi kimi Avropa, oyunçu kimi dünya çempionu titulunu qazanıb.

 

0