Tural Cəlilov: Hər 3 qol bəsit səhvlərdən sonra vuruldu
17.04.2014 - 10:17
Tural Cəlilov: Hər 3 qol bəsit səhvlərdən sonra vuruldu

“Hər 3 qol komandamızın bəsit səhvlərindən vuruldu. Oyunumuz alınmadı”. Bunu apasport.az saytına “Xəzər Lənkəran”ın müdafiəçisi Tural Cəlilov deyib.

 

O, ölkə kubokunun “Qəbələ” ilə ilk oyununda 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmağın mümkün olduğunu bildirib: “İki həftə öncə Lənkəranda bu komandaya qalib gəlmişdik. Evdə onlarla oynadığımız oyunu burda göstərə bilmədik. Futboldu, bəzə alınır, bəzən isə yox. Evdə bu hesabı öz xeyrimizə dəyişə bilərik. Əlbəttə ki, dərk edirik bu çox çətin olacaq. Amma bunu bacara bilərik”.

 

0