Millimizin futbolçusundan yenə 7 dəqiqəlik oyun - FOTO
17.04.2014 - 11:10
Millimizin futbolçusundan yenə 7 dəqiqəlik oyun - FOTO

Millimizin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Kayzerslautern”in 23 yaşadək komandası Regionalliqada XXVIII turun oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, “qırmızı iblislər” 956 azarkeş önündə “Valdhof”u qəbul edib.

 

Görüş “Kayzerslautern”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Rüfət yenə meydana sonradan daxil olub. O, 83-cü dəqiqədə Mario Mülleri əvəzləyib.

 

Bu qələbədən sonra xalını 48-ə yüksəldən Dadaşovun komandası IV pillədə qalıb və Almaniyanın 3-cü liqasına çıxmaq şansını qoruyur. 

0