Azərbaycan çempionuna görə ərəblərdən şikayət edəcək
17.04.2014 - 14:45
 Azərbaycan çempionuna görə ərəblərdən şikayət edəcək

“Araz”ın maraq dairəsində olan Kolumbiya yığmasının futzalçısı Anxelyot Karo müqavilə ilə məxsus olduğu Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vəsl” klubundan şikayət edəcək. Apasport.az saytının məlumatına görə, bunu Kolumbiyanın ən yaxşı oyunçusu sayılan Karo özü şəxsi “Twitter” hesabında bildirib.

 

Belə ki, “Araz” Karonu “Dördlər finalı” üçün iştirak ərizəsinə salmaq istəyirdi. Hətta futzalçı bunun üçün Bakıya da gəlmişdi. Ancaq Dubay klubu bu keçidə mane olmuşdu. Bu üzdən də Karonun aprelin 24-də “Barselona” ilə oynamaq arzusu gözündə qalıb.

 

Qeyd edək ki, Anxelyot Karo Bakıdan qayıtdıqdan sonra Kolumbiyanın “Real” klubu ilə yarım illik müqavilə bağlayıb.  

0