[b]Berti Foqts: Klublarda baş verənləri hamı görür - MÜSAHİBƏ[/b]
17.04.2014 - 15:55
[b]Berti Foqts: Klublarda baş verənləri hamı görür - MÜSAHİBƏ[/b]

Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Almaniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 67 yaşlı mütəxəssis Azərbaycanla ABŞ arasındakı əməkdaşlığın detallarını açıqlayıb.

 

- Siz dünyanın bir çox yerlərində olursuz. Almaniya Bundesliqası kənardan necə görünür?

- Almaniya çempionatının çox yüksək imici formalaşıb. Hər yerdə Bundesliqa haqda yaxşı fikirdədirlər.

 

- Müsbət imicin formalaşmasının əsas səbəbi nədir?

- Hamı liqada və klublarda baş verənləri görür. Bunların da nəticəsi millinin uğurlarında öz əksini tapır. Almaniyada futbolçu yetişdirilməsi tək Avropada deyil, bütün dünyada ən unikal sistemlərdən biri sayılır.

 

- Bu yaxınlarda ABŞ millisində Yurgen Klinsmannın müşaviri təyin olunduz. Bunun arxasında nə dayanır?

- Bu, başqalarının düşündüyündən qat-qat azdır.

 

- Bəs bu nədən irəli gəldi?

- Almaniya millini tanımaq üçün Klismannın mənə ehtiyacı yoxdur. O, indiki oyunçuları məndən də yaxşı tanıyır. Mən ümid edirəm ki, Almaniya dünya çempionu olacaq. İndiki nəsil buna layiqdir. ABŞ-ın Almaniya ilə görüşü isə dostların bir-birinə qarşı qarşılaşması  olacaq. Təbii ki, ABŞ da bu matçda qalib gəlmək istəyir. Lakin heç nə baş verməsə, almanlar qalib gəlməlidir.

 

- Sizin köməyinizlə?

- Yoahim Lövlə Oliver Birhorff mənə zəng etdikdə bu oyundan deyil, başqa mövzuda söhbət edirik. Çünki vəzifələrim tam fərqlidir. Təəssüf ki, bu məsələ çox şişirdilir.

 

- Elə isə bunun arxasında nə dayanır?

- Klismannla mənim əlaqələrim uzun müddətdir ki, mövcuddur. Elə Almaniya Futbol İttifaqına onun məşqçiliyini mən məsləhət görmüşəm. Həmin vaxtdan futbol xeyli dəyişib.

 

- Ona nədə köməklik edəcəksiz?

- Qana, Portuqaliyanı və bəzi oyunları izləyəcəm. Bundan başqa, anlaşmada Azərbaycan və ABŞ arasında sıx əməkdaşlıqla bağlı xüsusi bənd də var. Biz 2 ölkənin milli komandaları üçün yoxlama oyunu keçirəcəyik. Bu da Azərbaycan üçün müsbət haldır. Bundan başqa, 19 yaşadək yığmamızı ABŞ-a göndərəcəyik. Digər yeniyetmə komandalarımız bu ölkədə təlim-məşq toplanışları keçəcək. Azərbaycan və ABŞ arasındakı əməkdaşlıq xüsusilə yeniyetmə futbolunda olacaq.

 

- Braziliya dünya çempionatına gəlincə, əksər Avropa ölkələri iqlim dəyişikliyin narazılıq edir...

- Bildiyimə görə, Rio-de-Janeyro və San-Pauloda hava kifayət qədər sərin olacaq. Həm də Avropada kifayət qədər cənubi amerikalı çıxış edirsə, deməli eyni problem onlarda da olacaq. 

0