Simeone: “Real”ın forması məni maraqlandırmır
18.04.2014 - 06:56
Simeone: “Real”ın forması məni maraqlandırmır

 

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone “Real Madrid”in hansı oyun formasında olmasının onu maraqlandırmadığını bildirib. Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis komandasının bütün diqqəti ancaq öz oyununda cəmləşdirdiyini vurğulayıb.

 

Simeone “Real”ı təbrik etməyi də unutmayıb: “Mən bu komandanı İspaniya kubokunun finalında qələbə ilə bağlı təbrik edirəm. Amma onların hansı formada olması məni maraqlandırmır. Biz ancaq öz oyunumuz barədə düşünürük. Hazırda diqqətimizi “Elçe” ilə oyun üzərində cəmləşdirmişik. Əvvəl də dediyim kimi, hər oyun finala bərabərdir. Ancaq yaxşı oyunumuzu göstərməliyik”.

 

 

0