Ronaldo: Heç bir zaman dəyişməyəcəyəm
18.04.2014 - 06:02
Ronaldo: Heç bir zaman dəyişməyəcəyəm

 

“Real”ın hücumçusu Kriştiano Ronaldo ulduz oyunçular və adi futbolçular arasında fərq barədə danışıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı hücumçu həmişə ən yaxşı olmağa çalışdığını və heç bir zaman dəyişməyəcəyini bildirib.

 

Ronaldo iddia edib ki, mövsüm ərzində bütün 60 oyunu yüksək səviyyədə keçirtməyə çalışır: “Mən özüm üçün bir şeyi çoxdan müəyyən etmişəm: yaxşı oyunçu və ulduz oyunçu arasındakı fərq onun işidir. Mənə son dərəcə istedadlı oyunçularla oynamaq nəsib olub. Məndən də istedadlı? Çətin sualdır. Qanunauyğun olan meyar yoxdur. Kimsə mövsümdə 5 oyunu, kimsə 15 oyunu yaxşı keçirir. Amma 60 oyunu yaxşı keçirtmək lazımdır. Yaxşı və ən yaxşı oyunçular arasındakı fərq detallarda müəyyən olunur. Yaxşı yatmaq, yaxşı dincəlmək və yaxşı qidalanmaq lazımdır. Mən  dəyişmişəm. Sakit olmuşam. Karyeramın əvvəlində bəzi hərəkətlərim, jestlərimlə bağlı mənim barəmdə pis fikir yarana bilərdi. Mənim arzum Portuqaliya ilə dünya və ya Avropa çempionatını udmaqdır. Bu, çox gözəl karyera demək olacaq. Çətin məsələdir. Amma üzərində işlənilsə, hər şey mümkündür”.

 

 

0