[b]Con Toşak: Heyəti vaxtında yeniləmək lazım idi[/b]
18.04.2014 - 10:12
[b]Con Toşak: Heyəti vaxtında yeniləmək lazım idi[/b]

İspaniya nəhəngləri “Real” və “Barselona”nın 2013-cü ilin yayında böyük səs-küylə transfer etdiyi ulduzlar müqayisə obyektinə çevrilib. Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisinin heyətinə qatdığı uelsli Qaret Beyllə kataloniyalıların Braziliyadan böyük ümidlərlə gətirdiyi Neymarın hansının daha yaxşı olması get-gedə üzə çıxır.

 

Dünyanın ən bahalı transferi kimi tarixə düşən böyük britaniyalı oyundan oyuna daha faydalı olması ilə diqqət çəkir. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, vaxtilə Beyli Uels millisinə dəvət edən Con Toşak da ulduzları müqayisə edib. Təcrübəli mütəxəssis həmyerlisini braziliyalıdan aşkar üstün sayır: “Neymar Beyl səviyyəsində futbolçu deyil. Onları ustalıq səviyyəsinə görə müqayisə də etmək olmaz. Meydandan kənardakı problemləri də onun özünü yaxşı tərəfdən göstərməsinə mane ola bilmir”.

 

Vaxtilə Madrid “Real”ına da rəhbərlik edən Toşak bu klubun əzəli rəqibi “Barselona”nın problemlərindən də danışıb: “Hamı klub tarixinin ən yaxşı “Barselona”sından danışırdı. Lakin komandanın heyətini vaxtında yeniləmək lazım idi”.

 

Qeyd edək ki, Toşak 2013-cü ilin martından noyabrınadək “Xəzər Lənkəran”ın baş məşqçisi olub.

 

0