Reynaldo ilə Əfran İsmayılov arasında ikiqat fərq
18.04.2014 - 14:19
Reynaldo ilə Əfran İsmayılov arasında ikiqat fərq

Topaz Premyer Liqasında ən çox dubl müəllifi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, çempionatın bombardiri Reynaldo Silva 2 qol vurduğu oyunların sayında da hamıdan öndədir. “Qarabağ”ın braziliyalı legionerinin hesabında 6 dubl var.

 

“Bakı”nın yarımmüdafiəçisi Əfran İsmayılov və “Xəzər Lənkəran”ın kamerunlu legioneri Etame Mbilla hərəyə 3 oyunda 2 qol vurub.

 

Dörd futbolçunun hesabında isə 2 dubl var. Bahodir Nasimov (“Neftçi”), Daniel Subotiç (“Qəbələ”), Leroy Corc və Çumbinyo (hər ikisi “Qarabağ”) 1-dən artıq dubl etməyi bacaranlardır.

 

Qeyd edək ki, cari mövsüm qeydə alınan 36 dubla 23 futbolçu imza atıb.

0