Sezar Meza Kolli Azərbaycana gəlməyəcək
18.04.2014 - 14:28
Sezar Meza Kolli Azərbaycana gəlməyəcək

Bir neçə gün öncə zədələnən və əməliyyat üçün Almaniya yollanan “İnter” paraqvaylı futbolçusu Sezar Meza Kolli Azərbaycana gəlməyəcək. Apasport.az xəbər verir ki, hücumçu birbaşa öz ölkəsinə yollanacaq.

 

Mövsümün geridə qalan oyunlarında meydana çıxa bilməyəcək Meza Kolliyə Kaxaber Sxadadze istirahət verib. Aprelin 11-də əməliyyat olunan paraqvaylı forvard bu gün vətəninə yollanacaq və yalnız yayda “İnter”in baş tutacaq təlim-məşq toplanışında Kaxaber Sxadadzenin sərəncamında olacaq. Futbolçu o vaxta qədər ölkəsində bərpa prosesi keçəcək.

 

 

0