Millimiz üçün 20 rus qız
18.04.2014 - 17:10
Millimiz üçün 20 rus qız
17 yaşadək qızlar arasında Novosibirskdə keçiriləcək “Avrasiya” turnirində millimizin rəqiblərindən olan Rusiya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Viktor Papayev 20 futbolçuya dəvət göndərib.

Qapıçılar: Mariya Makarenkova (OİK HHQ), Anjelika İvanova, Diana Ponomaryova (hər ikisi “Çertanovo”);

Müdafiəçilər: Mariya Alekseyeva, Valeriya Kurqaşeva (hər ikisi UOR), Aida Medvedeva, Polina Jurkova, Darya Sadekova, Yelena Sinitsına (hamısı “Çertanovo”);

Yarımmüdafiəçilər: Yekaterina Mixaylova (Kubanoçka), Viktoriya Sokova (OİK HHQ), Darya Yakovleva (UOR), Anastasiya Tsarenkova, Olqa Voloşina, Anastasiya Şvedova, Polina Drozdova (hamısı “Çertanovo”);

Hücumçular: Aleksandra Trikina (Altay), Anjelika Paneş (Zvezda-2005), Valeriya Zarubina, Viktoriya Dubova (hər ikisi “Çertonovo”).

Bronnitsıdakı məşq bazasında hazırlıq keçən Rusiya millisi aprelin 16-da Moskva yığmasını Anastasiya Şvedovanın yeganə qolu ilə məğlub edib. Bu gün isə komanda Novosibirskə yollanıb.

Qeyd edək ki, aprelin 22-26 aralığında keçiriləcək turnirin yeganə qonağı olan millimiz Rusiyadan başqa, Sibir və Sverdlovsk vilayətinin yığma komandaları ilə də qarşılaşacaq.


 
 
0