Azərbaycan çempionu kubokuna qovuşdu
18.04.2014 - 18:59
Azərbaycan çempionu kubokuna qovuşdu

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasına yekun vurulub. Apasport.az saytının məlumatına görə, baş tutan final mərhələsinin oyunlardan sonra mükafatlandırma mərasimi keçirilib. Bu tədbirlə də 2013/14 mövsümü başa çatıb.

Voleybol Mərkəzində təşkil olunan mərasimdə öncə əvəzedicilərin çempionatında ən yaxşılar mükafatlarına qovuşublar. Burada “Azəryol” qızıl, “İqtisadçı” gümüş, “Nəqliyyatçı” bürünc medallarını alıb.

Ardınca Super Liqanın ən güclüləri fəxri kürsüyə dəvət olunublar. “İqtisadçı” bürünc, “Azəryol” gümüş medal alıb. Titulunu qoruyan “Rabitə” klubuna fəxri kubokla yanaşı, qızıl medallar da təqdim olunub.

0