[b]Hegemonluğa davam[/b]
18.04.2014 - 19:01
[b]Hegemonluğa davam[/b]

2008-ci ildə təsis olunan Azərbaycan Super Liqasında 6-cı mövsümə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın tarixinə yeganə çempion kimi düşən “Rabitə” hegemonluğunu bu dəfə də davam etdirib.

 

Ümumilikdə, Azərbaycan çempionatlarında ardıcıl 7-ci, Super Liqada isə 6-cı zəfərini bayram edən paytaxt klubu final seriyasını erkən bitirməklə bu titula yiyələnib. Eldar Yusubovun yetirmələri əzəli rəqibi “Azəryol”la həlledici mərhələdə keçirdiyi hər 3 oyunu qalib kimi başa vurmaqla, əlavə matçların baş tutmasını əngəlləyib.

 

2013-cü ilin yayına kimi “Azərreyl” adı altında çıxış edən “Azəryol” isə ikisi ardıcıl olmaqla, 4-cü gümüşünü qazanıb. Hesabında bürünc medalı da olmayan bakılılar bununla ümumi mükafat sayında “İqtisadçı”ya şərik çıxıblar. Çünki cəmi 1 gümüşü olan “tələbələr” hamıdan çox – 3 bürünc qazanmaqla, medallarının sayını 4-ə çatdırıb.

 

Qeyd edək ki, Azərbaycan çempionatının medallarını ümumilikdə 5 komanda qazanıb. Cari mövsümün 3 mükafatçısından başqa, daha 2 klub fəxri kürsüyə qalxa bilib. Tarixinin ən uğursuz mövsümün keçirən “Lokomotiv” 2 gümüş və 1 bürünc, artıq fəaliyyəti dayandırılan “Bakı” isə 1 üçüncülük əldə edib.

 

 

Mövsüm

Qızıl

Gümüş

Bürünc

2008/2009

Rabitə

Azərreyl*

Lokomotiv

2009/2010

Rabitə

Lokomotiv

İqtisadçı

2010/2011

Rabitə

Azərreyl*

İqtisadçı

2011/2012

Rabitə

Lokomotiv

Bakı

2012/2013

Rabitə

İqtisadçı, Azərreyl*

 

2013/2014

Rabitə

Azəryol

İqtisadçı

 

* - “Azərreyl” 2013-cü ilin yayında adını dəyişərək, “Azəryol”a çevrilib. 

0