Rusiyalı futbolçu intihar etdi
18.04.2014 - 20:30
Rusiyalı futbolçu intihar etdi

 

Rusiyanın “Dinamo Moskva”, “Lokomotiv”, “Dinamo Bryansk” və “Mordoviya” klublarının keçmiş futbolçusu Eduard Kosolapov 39 yaşında vəfat edib. Apasport.az saytının məlumatına görə, keçmiş futbolçu intihar edib. Hələlik faciənin təfərrüatı və intiharın səbəbləri açıqlanmır.

 

Kosolapov 2008-ci ildə böyük futbola vidalaşıb. Böyük futboldan sonra “Mordoviya” uşaq məktəbinin filialında işləyib və gənc futbolçularla məşğul olub.

 

 

 

 

0