İngilis mətbuatı: Terri “Qalatasaray”a gedəcək
18.04.2014 - 21:56
İngilis mətbuatı: Terri “Qalatasaray”a gedəcək

“Qalatasaray” futbol klubunun yaxından maraqlandığı ingilis futbolçu Con Terri ilə bağlı maraqlı iddia ortaya atılıb. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, Terri gələn mövsüm İstanbula köçə bilər.

 

Xəbərdə bildirilir ki, “Çelsi”də yaşı 30-dan çox olan futbolçulara 1 illik müqavilə təklif edilir. Mövsümün sonunda “Çelsi” ilə müqaviləsi bitən 33 yaşlı Terriyə də bir illik müqavilə təklif edilib. Amma bu dəfə onun məvacibi yarıbayarı azaldılıb. Hazırda həftədə 150 min funt alan Terriyə 75 min funta oynamaq təklif olunub. “Daily Mirror” yazır ki, Terri bununla razılaşmayaraq klubdan ayrılmaq və onu transfer etmək istəyən digər klubların təklifini nəzərdən keçirmək qərarı qəbul edəcək. Həmin klubların önündə isə “Qalatasaray” gedir. İddiaya görə, İstanbul klubu artıq indidən Terriyə daha yüksək maaş söz verib.

 

 

 

 

0