“Vest Hem”in 20 yaşlı futbolçusu dəhşətli xəstəlikdən öldü
18.04.2014 - 23:28
“Vest Hem”in 20 yaşlı futbolçusu dəhşətli xəstəlikdən öldü

İngiltərənin “Vest Hem” klubunun avstraliyalı futbolçusu Dilan Tombides aprelin 18-də dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, 20 yaşlı futbolçu yumurtalıqlarının xərçəngindən ölüb.

 

Xərçəng xəstəliyi Tombidesdə 2011-ci ildə – 17 yaşı olanda aşkar edilib. Ağır xəstəliyə baxmayaraq, futbolçu 2012-ci ilin sentyabrında “Vest Hem”in əsas heyətində “Uiqan”a qarşı debüt matçına çıxıb.

 

Komanda rəhbərliyi Dilan Tombidesin xatirəsini yad etmək niyyətindədir. Avstraliyanın gənclərdən ibarət millisinin keçmiş futbolçusunun xatirəsi aprelin 19-da “Vest Hem” – “Kristall Peles” matçında bir dəqiqəlik alqış sədaları ilə yad olunacaq.

 

 

0