Əmrə Əziz Yıldırımı ağlatdı
18.04.2014 - 23:54
Əmrə Əziz Yıldırımı ağlatdı

Həbsxana divarları arasına qayıtmağa hazırlaşan “Fənərbaxça” başqanı Əziz Yıldırım göz yaşlarını saxlaya bilməyib. Apasport.az saytının məlumatına görə, futbolçularla vidalaşan Yıldırım “Fənərbaxça”nın futbolçusu Əmrə Belözoğlunun jestindən kövrəlib.

 

“Fənərbaxça”nın kapitanı Əmrə Belözoğlu karyerasının ən dəyərli mükafatlarından biri saydığı 2010-2011-ci il çempionluq medalını futbolçularla vidalaşan Yıldırıma hədiyyə edib. Amma Yıldırım hədiyyəni qəbul etməyərək, Əmrənin oğlu Ömər Akifin həmin medala daha böyük haqqının olduğunu bildirib. Əmrənin israrından dönmədiyini görəndə isə “Mən həbsxanada olanda gətirərsən” deyib.

 

Əmrə komandanın adından danışanda və medalı təqdim edəndə Əziz Yıldırım göz yaşlarını saxlaya bilməyərək ağlayıb.

 

 

0