Çin bunu da etdi – saxta Dünya kuboku
19.04.2014 - 01:02
Çin bunu da etdi – saxta Dünya kuboku

Çin bunu da etdi – saxta Dünya kuboku

 

Çində saxta Dünya kubokunun böyük bir partiyası həbs edilib. Apasport.az saytının məlumatına görə, hadisə Çjentszyan əyalətinin İu şəhərində baş verib. Saxta kuboklar Liviyada satılmaq üçün hazırlanıbmış.

 

Qeyd edək ki, Dünya kuboku italiyalı heykəltəraş Silvio Qatssanyanın eskizi əsasında “Bertoni” şirkəti tərəfindən hazırlanıb. Kubokun hündürlüyü 36,5 santimetrdir, 5 kiloqram 750-ci əyarlı qızıldan hazırlanıb, 13 santimetrlik malaxit əsas üzərində dayanır. Kubokun ümumi çəkisi 6,175 kiloqramdır. Kompozisiya Yer kürəsini əlləri ilə tutan iki insan fiqurundan ibarətdir.

 

Maraqlıdır ki, çinlilərin saxta kuboku vətəndaş müharibəsinin davam etdiyi Liviyada kimə və hansı yolla satmağa hazırlaşdıqları açıqlanmır.

 

 

0