“Barselona”da inqilabi dəyişikliklər – 5 TAPŞIRIQ
19.04.2014 - 06:07
“Barselona”da inqilabi dəyişikliklər – 5 TAPŞIRIQ

 

“Barselona” futbol klubunun rəhbərliyi mövsümlər arasında ciddi kadr dəyişiklikləri etmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu ilk növbədə özünü doğrultmayan baş məşqçi Herarto Martinonun xidmətlərindən imtina etmək istəyir. Bundan əlavə, klub rəhbərliyi FİFA-nın yeni oyunçular almaq qadağasının ləğvinə nail olmalıdır.

 

Çox güman ki, komandaya əsas heyətdə oynaya biləcək 6-7 yeni oyunçu almaq lazım olacaq. “Sport.es” qəzetinin məlumatına görə, yeni oyunçular arasında 2 qapıçı, bir hücuma meylli yarımmüdafiəçi və qol vuran hücumçu olmalıdır.

 

İspan qəzeti “Barselona” prezidenti Jozep Bartomeunun qarşıya qoyduğu 5 əsas tapşırığı açıqlayıb.

 

1. FİFA ilə danışıqlar apararaq yeni oyunçu transferinə qadağanın ləğvinə nail olmaq. Kataloniya klubu bu qadağanı ciddi cərimə ilə əvəz etməyə ümid edir. Başqa bir variant kimi “Barselona” üçün 15 günlük transfer pəncərəsi almaqdır.

 

2. Messi ilə danışıqlar apararaq onun planlarını öyrənmək. Argentinalı hücumçu getmək istəyə, onu almaq istəyən klubdan 200 milyon avro qoparmaq.

 

3. Baş məşqçi dəyişikliyi. Herardo Maritnonu əvəz edəcək məşqçi tapmaq. Bu posta Ernesto Valverde, Yurqen Klopp və hətta Xosep Qvardiolanın adları çəkilir. Sürpriz namizədin olacağı da istisna deyil.

 

4. 6-7 yeni oyunçu, o cümlədən əsas heyət üçün 4 oyunçu almaq. Messi “Barselona”da qalsa, onun ətrafında yeni komanda qurmaq. Hələlik “Barselona” ancaq “Borussiya”nın havbeki Marko Roysla müqavilə imzalamağa yaxındır. Rafael Alkantra və Jerar Deulofenun icarə verildikləri klublardan geri qaytarılacağı da gözlənilir.

 

5. Bir neçə oyunçu ilə vidalaşmaq. Viktor Valdes və Karles Puyol özləri getmək barədə qərar qəbul ediblər. Qapıçı Manuel Pinto ilə yeni müqavilə imzalanmayacaq. Müdafiəçi Dani Alves satılacaq.

 

Bundan əlavə, Haver Maskerano, Aleksis Sançes, Pedro və Kristianu Telo üçün təkliflər daxil olub. İbrahim Afellay, Xonatana Dos Santos və İsaak Kuenke üçün yeni klub axtarılacaq.

 

 

0