Yaya Ture: Afrikalıları hələ də insandan çox heyvan sayırlar
19.04.2014 - 06:51
Yaya Ture: Afrikalıları hələ də insandan çox heyvan sayırlar

 

“Mançester Siti” futbol klubunun yarımmüdafiəçisi Yaya Ture futbolda hələ də irqçiliyin geniş yayıldığını bildirib. Apasport.az saytının məlumatına görə, o, Afrika qitəsindən olan futbolçuların avropalılar və ya amerikalılar səviyyəsində qəbul edilmədiyini deyib.

 

Ture ancaq neqativ cəhətdən qəbul edildiklərini bildirib: “Mən nəsə neqativ fikir söyləmirəm, mən obyektiv olmağa çalışıram. Əgər siz Afrikaya getsəniz, siz orada Messini tanıdıqlarını eşidəcəksiniz. Avropada isə “Yaya Ture kimdir?” deyə soruşurlar. Mənim barəmdə eşidənlər isə üzdən tanımırlar. Messini isə hamı tanıyır. Əgər məni İngiltərə Premyer Liqasında ilin futbolçusu saymasalar, çox ciddi təəssüf hissi keçirəcəyəm. Çempion və qalib kimi hər yerdə birinci olmağa alışmışam. Əfsuslar olsun ki, çoxları afrikalıları insandan çox heyvan hesab edirlər. Mən afrikalı olmağımla fəxr edirəm. Öz nümunəmdə göstərmək istəyirəm ki, afrikalı futbolçu avropalı və ya amerikalı kimi yaxşı oyunçu ola bilərlər”.

 

 

0