Gürcüstan Azərbaycanla oyun üçün heyətini açıqladı
19.04.2014 - 12:55
Gürcüstan Azərbaycanla oyun üçün heyətini açıqladı

Kişi voleybolçular arasında Avropa çempionatının I təsnifat mərhələsində Azərbaycan millisinin rəqibi olan Gürcüstan yığması heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Sulxani Axvlediani düşərgəyə 19 oyunçu çağırıb.

 

O, millimizlə görüşdə Soso Lobjanidze, Artur Avetisov, Mamuka Beriaşvili, Temuri Çabukiani, Otari Çaçua, Giorgi Çxolaria, Konstantin Geninq, Levan Qordeziani, Mixael Quniava, Giorgi İvanaşvili, Mixael Jajvani, Tengiz Janxoteli, Davit Liparteliani, Badri Nutsubidze, Zaza Şedania, Amiran Tepnadze, Valter Todua, Revaz Tsiklauri və İrakli Tsintzadzeyə şans verəcək.

 

Qeyd edək ki, təmsilçimizin yer aldığı III qrupda Gürcüstanla yanaşı, İsveç və Makedoniya yığmaları mübarizə aparacaqlar.

0