“Euronews”da “Shamkir Chess-2014”dən xüsusi reportaj
19.04.2014 - 14:28
“Euronews”da “Shamkir Chess-2014”dən xüsusi reportaj

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2014” beynəlxalq turnirin açılış mərasimində ailə üzvləri, rəsmilərlə yanaşı, Rusiyanın və Norveçin Azərbaycanda fövqaladə və səlahiyyətli səfirləri də iştirak edəcək. Apasport.az saytının məlumatına görə, mötəbər yarışı işıqlandırmaq üçün Rusiya, Norveç, İngiltərə, Hollandiya və Almaniyadan olan jurnalistlər qeydiyyatdan keçib. Turnirlə bağlı xüsusi reportaj hazırlamaq üçün “Euronews” və Rusiyanın NTV kanalının əməkdaşları Şəmkirə ezam olunacaq.

Qeyd edək ki, turnirin açılış mərasimi bu gün Şəmkirdə yerləşən Heydər Əliyev mərkəzində keçiriləcək.

0