"Qarabağ" və "Neftçi" uduzdu, "İnter" inamlı qələbə qazandı
20.04.2014 - 18:53
 "Qarabağ" və "Neftçi" uduzdu, "İnter" inamlı qələbə qazandı

Topaz Premyer Liqasında XXXI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, 3 görüş Bakıda, ikisi paytaxtdan kənarda baş tutub.

 

İlk oyun “Bakı” və “İnter”i arasında keçirilib. Mükafatlar uğrunda mübarizə aparan paytaxt təmsilçiləri turun mərkəzi oyununda üz-üzə gəliblər. Cari mövsümdə rəqibini yenə bilməyən “Bakı” nəinki uğursuz seriyanı qıra bilməyib, əksinə, öz meydanında biabırçı hesabla məğlub olub.

 

Bu matç başa çatandan sonra meydana çıxan iki komandanın gözü bu oyunda olub. Çempionatın autsayderi “Rəvan”ı sınağa çəkən “Qəbələ” avrokuboklara vəsiqə verə biləcək 4-cü yer üçün “Bakı” ilə mübarizə aparır. “Qəbələ” “Rəvan”ı 2:1 hesabı ilə yenərək, “Bakı”ya bir addım da yaxınlaşıb.

 

“Neftçi” isə “İnter”lə gümüş üçün qiyabi yarışır. Son çempion Premyer Liqada qalmaq üçün “Rəvan”ın rəqibi olan “Sumqayıt”ı qəbul edib. Qonaqlar sonuncu pilləni tərk etmək üçün sensasiya arzusunda olublar və buna imza atıblar. “Sumqayıt” adlı-sanlı rəqibini səfərdə 3:1 hesabı ilə məğlub edib. Bakılılar isə bu oyundan sonra “bankirlər”dən geri düşüb.

 

Gümüşə əsas namizəd olan iki paytaxt təmsilçisinin uduzması isə “Qarabağ”ın işinə yarayacaqdı. Cari mövsüm qapısına qol da vura bilmədiyi “Simurq”un qonağı olan ağdamlılar bu xal itkilərindən sonra çempionluğa lap yaxınlaşa bilərdi. Amma “Neftçi” uduzsa da, “İnter” səfərdə qalib gəlib. “Qarabağ” isə özü də gözlənilmədən “Simurqa” məğlub olub.

 

Turun son oyunu isə Lənkəranda baş tutub. Cari mövsüm uğursuz çıxış edən “Xəzər Lənkəran”la AZAL növbəti duelə çıxıb. Cənublular bu dəfə də doğma divarlar arasında qələbə qazana bilməyiblər. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

 

 

XXXI tur

20 aprel (bazar)

“Xəzər Lənkəran” – AZAL - 1:1

Qollar: Sadio Tounkara, 7 - Con Oluremi, 30

İlk 3 dövrədəki oyunlar: 3:1, 1:1, 2:2
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Azər Əsgərov, Nail Nağıyev
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev
“Xəzər Lənkəran” mərkəzi stadionu

“Xəzər Lənkəran”: 19. Vyekoslav Tomiç 2. Slavik Alxasov 3. Vanderson Skarduelli 4. Alvaro Silva 7. Sadio Tounkara 10. Elnur Abdullayev 12. Junior Nildo 14. Rahid Əmirquliyev (k) 18. Tural Cəlilov 23. Nikola Qliqorov 30. Elias Ribeiro 
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı 6. Rasim Ramaldanov 8. Dejan Blajevski 16. Adrian Pit 20. Etame Mbilla 22. Deyvid Sakkoni 55. Ağabala Ramazanov
Baş məşqçi: Mustafa Denizli

AZAL: 1. Ruslan Məcidov 8. Qərib İbrahimov 10. Con Oluremi 15. Oskars Klava 20. Branislav Arsenyeviç 23. Tural Nərimanov 26. Kərim Diniyev 27. Rəşad Abdullayev(k) 31. Şəhriyar Rəhimov 32. Laşa Kasradze 89. Nedo Turkoviç 
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə 5. Murad Ağayev 6. Aydın Qasımov 9. Orxan Həsənov 19. Orxan Səfiyaroğlu 22. Axtam Xamroqulov 28. Emin Cəfərquliyev
Baş məşqçi: Tərlan Əhmədov

 

 “Bakı” – “İnter”- 0:4
Qollar:  
Araujo Santos, 50 (avtoqol) - Derlis Meza Kolli, 11; Mikel Alvaro, 80; Vaqif Cavadov, 87 

Qırmızı vərəqə:  Araujo Santos, 72 ("Bakı")

İlk 3 dövrədəki oyunlar: 2:2, 0:1, 1:1
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rza Məmmədov, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

“Bakı”: 1. Aqil Məmmədov (k), 3. Yure Travner, 4. Mario Alvarez, 5. Ruben Qonzalez, 7. Əfran İsmayılov, 8. Cavid Hüseynov, 12. Araujo Santos. 15. Alberto Noquera, 17. Risto Ristoviç, 20. Tural Qürbətov. 23. Lukas Mario Horvat
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 6. Vadim Abdullayev, 10. Aleksandar Soliç,16. Xavyer Junior, 19. Marius Pena, 21. Elvin Məmmədov, 34. Şəhriyar Əliyev
Baş məşqçi: Milinko Pantiç

“İnter”: 25. Səlahət Ağayev, 4. İvan Benitez, 8. Mikel Alvaro, 9. Aleksandr İaşvili, 11. Asif Məmmədov (k), 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze, 33. Matija Spiçiç, 47. Abdulla Abatsiyev, 88. Derlis Meza Kolli
Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 24. Fuad Bayramov, 27. Dieqo Madriqal, 30. Abbas Hüseynov, 70. Vaqif Cavadov
Baş məşqçi: Kaxaber Sxadadze

 

“Rəvan” – “Qəbələ” - 1:2
Qollar: Yamin Ağakərimzadə, 85 - Viktor Mendi, 38; Urfan Abbasov, 41

İlk 3 dövrədəki oyunlar: 0:3, 0:1, 0:0
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, İsgəndər Əliyev, Sərxan İsmayılov
“Bayıl Arena” stadionu

“Rəvan”: 85. Kamal Bayramov 6. Ceyhun Cavadov 7. Elvin Həsənəliyev 10. Tyaqo de Souza 14. Xuan Manuel Varea 15. Dmitri Kruqlov 17. Ramazan Abbasov (k) 20. Miloş Adamoviç 28. Boyan Markoviç 30. Cəmşid Məhərrəmov 41. Kamil Kopunek
Ehtiyat oyunçular: 1. Lukas Sapela 9. Elnur Abdulov 11. Kamil Nurəhmədov 21. Novruz Məmmədov 24. Yamin Ağakərimzadə 26. Elçin Xəlilov 40. Mişel Balokoq 
Baş məşqçi: Güvenc Kurtar

“Qəbələ”: 1. Kamran Ağayev (k) 7. Marat İzmaylov 8. Nizami Hacıyev 9. Viktor Mendi 10. Luis Hilario 16. Ruslan Tağızadə 18. İbrahima Niasse 31. Daniel Subotiç 34. Ürfan Abbasov 44. Rafael Santos 46. Davronjon Erqaşev
Ehtiyat oyunçular: 30. Anar Nəzirov 6. Volodimir Levin 14. Lorenzo Ebesilio 19. Abdulvahid Afolabi 22. Lourival Assis 42. Leonardo da Silva 45. Murad Musayev
Baş məşqçi: Yuri Syomin

 

“Simurq” – “Qarabağ” - 1:0
Qol: Draqan Çeran, 33

İlk 3 dövrədəki oyunlar: 0:0, 0:0, 0:0
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mübariz Haşımov, Tahir Əhmədov
Zaqatala şəhər stadionu

“Simurq”: 1. Pavel Kapsa 2. İlkin Qırtımov 4. Dilaver Zrnanoviç 7. Ruslan Poladov (k) 10. Rəşad Eyyubov 11. Draqan Çeran 15. Stepan Polyak 18. Tural Axundov 20. İdan Vaytsman 21. Murad Səttarlı 30. Raul Kostin 
Ehtiyat oyunçular: 35. Amil Ağacanov 3. Usim Nduka 8. Patrik Osiako 17. Rüstəm Məmmədov 22. Salif Ballo  55. İlqar Hüseynov 77. Nicat Qurbanov
Baş məşqçi: Georgi Çixradze

“Qarabağ”: 13. İbrahim Sehiç 2. Qara Qarayev 5. Maksim Medvedev 9. Reynaldo Silva  10. Muarem Muarem 14. Rəşad Sadıqov (k) 20. Riçard Almeyda 25. Ansi Aqolli
41. Leroy Corc  55. Bədavi Hüseynov 70. Marinaldo Silva
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev 6. Hacı Əhmədov  7. Namiq Yusifov 17. Vüqar Nadirov 18. İlqar Qurbanov 24. Admir Teli 99. Nikolas Gelaşvili
Baş məşqçi: Qurban Qurbanov

 

“Neftçi” – “Sumqayıt” - 1:3
Qollar: Ruslan Qurbanov - 90+3 - Mirzağa Hüseynpur, 19; Uğur Pamuk, 59; Pərdis Fərcad-Azad, 78
Qırmızı vərəqələr: Araz Abdullayev, 90+2 - Uğur Pamuk, 67 

İlk 3 dövrədəki oyunlar: 0:0, 2:1, 0:2
Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Coşqun Həsənov, Alik Yunusov
“Bakcell Arena” stadionu

“Neftçi”: 30. Saşa Stamenkoviç 2. Karlos Kardoso 5. İqor Mitreski 6. Rəşad Sadiqov 7. Araz Abdullayev 15. Erik Ramos 19. Mirhüseyn Seyidov 21. Samir Məsimov 22. Mahir Şükürov (k) 32. Elvin Yunuszadə 90. Ernest Nfor
Ehtiyat oyunçular: 1. Pavels Doroşevs 3. Denis Silva 8. Elşən Abdullayev 10. Cavid İmamverdiyev 23. Ruslan Qurbanov 27. Məqsəd İsayev 95. Elvin Bədəlov
Baş məşqçi: Böyükağa Hacıyev

“Sumqayıt”: 1. Andrey Popoviç 3. Vurğun Hüseynov 9. Tərzin Cahangirov 10. Uğur Pamuk 14. Məhəmməd Qurbanov 15. Nodar Məmmədov 18. Aleksandr Çertoqanov (k) 21. Məhəmməd Mirzəbəyov 88. Mirzağa Hüseynpur 92. Bəxtiyar Həsənalızadə 99. Rəhman Hacıyev
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev 2. Şəhriyar Xəlilov 4. Samir Abasov (k) 7. Pərdis Fərcad-Azad 8. Aqşin Muxtaroğlu 17. Adil İbrahimov
Baş məşqçi: Aqil Məmmədov

 

 

 

komanda

o

q

h

m

t

x

1

Qarabağ

31

20

7

4

60-16

67

2

İnter

31

17

6

8

51-32

57

3

Neftçi

31

16

6

9

44-38

54

4

Bakı

31

14

7

10

47-37

49

5

Qəbələ

31

14

6

11

39-33

48

6

Simurq

31

11

10

10

33-24

43

7

Xəzər L

31

9

12

10

32-42

39

8

AZAL

31

6

10

15

28-45

28

9

Sumqayıt

31

4

9

18

23-51

21

10

Rəvan

31

3

9

19

18-57

18


Bombardir: Reynaldo (Qarabağ- 19

0