Olimpiya çempionumuz üçün Qazaxıstan sınağı
19.04.2014 - 17:00
Olimpiya çempionumuz üçün Qazaxıstan sınağı

Mayın 16-da Qazaxıstanın Almatı şəhərində stend atıcılığı üzrə Dünya Kuboku start götürəcək. Apasport.az saytının məlumatına görə, 9 gün davam edəcək yarışda Azərbaycan millisi də dəqiqliyini yoxlayacaq.

 

Baş məşqçimiz Hafiz Cəfərov yarışda Olimpiya çempionumuz Zemfira Meftahətdinova ilə yanaşı, Nurlana Cəfərova, Emin Cəfərov (hər üçü skit), Əlimirzə Quluyev, Əli Hüseynli və Elvin İsmayılova (hər üçün trap) şans verəcək.

 

Qeyd edək ki, Dünya Kubokunda 46 ölkədən 313 snayper hədəf önünə keçəcək.  

0