“Qalatasaray” çalxalanır
20.04.2014 - 13:02
“Qalatasaray” çalxalanır

Türkiyə çempionatında çox çətin durumda olan “Qalatasaray”da gərginliklər davam edir. Apasport.az saytının məlumatına görə, “Kasımpaşa”ya öz sahəsində uduzan komandada vəziyyət bir qədər də gərginləşib.

 

Artıq baş məşqçi Roberto Mançini ilə köməkçisi Tuqay Kərimoğlu arasında da narazılıqlar başlayıb. Tuqay “Kasımpaşa” oyunundan öncə Mançiniyə müraciət edərək, Türkiyə kubokunda “Bursaspor”a 5:2 hesabı ilə qalib gələn heyəti dəyişdirməməyi tövsiyə edib. Mançini isə köməkçisinin sözünə baxmayaraq dəyişikliklər edib və nəticədə 4:0 hesablı məğlubiyyətlə üzləşib. Onun bu addımı Kərimoğlunun təpkisi ilə üzləşib.

 

Digər tərəfdən, “Qalatasaray”da ikinci Səlcuk İnan böhranı başlayıb. Mançini “Kasımpaşa” ilə oyunda Səlcuku çıxararaq təcrübəsiz Ontiveronu oyuna daxil edib. Səlcuk meydandan çıxarkən nümayişkaranə şəkildə Mançiniyə əl çalıb. Mançini futbolçunun bu addımına heç bir təpki göstərməyib.

 

 

0