[b]Kaxaber Sxadadze istefa ərizəsi yazıb [/b]
20.04.2014 - 17:08
[b]Kaxaber Sxadadze istefa ərizəsi yazıb [/b]

“İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze “Bakı” üzərində inamlı qələbəni şərh edib. Apasport.az saytının məlumatına görə, baş məşqçi qələbə qazandıqlarına görə şad olduğunu bildirib: “Rəqibdən üstün oynadıq. Oyunumuzu düzgün qurduq, iki mərkəz hücumçu ilə oynadıq. Bu, rəqib üçün gözlənilməz oldu. Çoxlu qol epizodu yaratdıq. “Bakı”nın çox yaxşı hücum xətti var, lakin müdafiəçilərimiz bu gün onların qarşısını ala bildi. İndi heç kim ilk 6 turu yada salmır. Sonuncu yerdə idik, bəzi məşqçilər bizi hesabdan silmişdilər. Futbolçularıma görülən işə görə, bu nəticəyə görə minnətdaram. Qarşıda hələ 5 oyun var, bu qələbəni unudub, lazımı nəticələr çıxardıb, qarşıdakı oyunlara hazırlaşacağıq. İndi turnir cədvəlində yaxşı mövqedəyik. 4-cü yerdəki “Bakı” ilə aramızda 8 xal fərq var. Klub rəhbəri mənim istefamı qəbul etməmişdi və mənə inam göstərdi. Mən də bu etimadı doğrultdum. İşimiz daha bitməyib, avrokuboklara qatılmaq üçün yaxşı şansımız var, qarşıda çox ağır oyunlarımız olacaq”.

0