Şəhriyar Məmmədyarov: Nərd bu partiyadan yaxşı idi
20.04.2014 - 19:52
Şəhriyar Məmmədyarov: Nərd bu partiyadan yaxşı idi

Şəhriyar Məmmədyarov “Shamkir Chess 2014” turnirinin ilk turundan sonra baş tutan mətbuat konfransında məğlubiyyətinin səbəbi barədə danışıb. Apasport.az saytının məlumatına görə, o, debütün ev tapşırığı olduğunu bildirib: “Sadəcə bəzi məqamları yaddan çıxartdım. Belə vəziyyəti izləmişdim. Qara fiqurlarda problem olmalı deyildi. Amma dünyanın 1 nömrəli şahmatçısı səhvsiz oynadı və nəticəni gördük. Müdafiə sona yaxın sadəcə mümkün deyildi. Açılışda püşk atılanda ilk turun çətin olacağını bilirdim. Startda Maqnusa qarşı oynamaq çətindir. Orta turlarda olsaydı yaxşı olardı. Karyeramda iki dəfə Karlsenə uduzmuşam. Hər ikisi ilk turda olub. 2008-ci il Veyk-An-Zee turnirində və indi Şəmkirdə. İkinci dövrədə yenidən görüşəcəyik. Ona tam fərqli oyun olar".


Məmmədyarov ötən gecə nərd oynadığını da etiraf etdi: "Təşkilatçılıq yüksək səviyyədə olduğu üçün şahmatçıların boş vaxtı çox olur. Ona görə nərd oynamışdım. Hər halda nərd bugünkü partiyadan daha yaxşı alındı."

 

 

0