“Qələbə həmişə sevindiricidir”
20.04.2014 - 19:56
“Qələbə həmişə sevindiricidir”

 

“Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov “Neftçi” üzərində qələbəni şərh edib. Apasport.az saytının məlumatına görə, baş məşqçi qələbənin həmişə sevindirici olduğunu bildirib: “Neftçi” ilə oyunda isə ikiqat sevinclidir. Özüm bu klubda oynamışam, ölkənin ən güclü komandasıdır, “Neftçi”yə qarşı motivasiya başqa cür olur. Komanda yaxşı oynadı, sürət və əks-hücumlar var idi. Hesab böyük ola bilərdi. Komandanı və azarkeşləri təbrik edirəm. “Neftçi”nin müdafiəyə meylli futbolçuları azdır. Biz də bundan istifadə etdik. Rəqibin heyətində həmişə istedadlı futbolçular olub. Öz oyunumuzla layiqli qələbəmizi qazandıq”.

 

0