Tərlan Əhmədov: 1 xal qazanmaq da pis deyil
20.04.2014 - 20:21
Tərlan Əhmədov: 1 xal qazanmaq da pis deyil

AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov “Xəzər Lənkəran”la oyunu şərh edib. Apasport.az saytının məlumatına görə, baş məşqçi oyunun mübarizə şəraitində keçdiyini bildirib: “İlk hissədə sönük oyun oldu. Təbii ot örtüyündə oynamaq bizim üçün çətindir. İkinci hissədə daha çox mübarizə oldu, hər iki komanda qalib gələ bilərdi. Qarşımızda duran məqsəd yaxşı oyun göstərmək və qalib gəlmək idi. “Xəzər Lənkəran” kimi iddialı klubla oyunda səfərdə 1 xal qazanmaq da pis deyil. Futbolçularıma mübarizəyə görə təşəkkür edirəm. Topa daha çox nəzarət etməyə çalışırdıq. Heç-heçəni oyuna görə ədalətli nəticə hesab edirəm. Əsas heyətin 5 futbolçusu bu gün yox idi. Digər futbolçular onları layiqincə əvəzlədi”.

0