“Bu məni narahat edir”
20.04.2014 - 20:24
“Bu məni narahat edir”

“Maraqlı oyun oldu, komandanın oyunundan, mübarizə əzmindən məmnun qaldım”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Denizli AZAL-la oyunu şərh edərkən deyib: “Qalib gələ biləcəyimiz oyun idi. Ciddi qol imkanlarımız oldu. Rəqib bir neçə imkan yaratdı, onlardan birində qapımızda qol gördük. Komanda şəklində müdafiə olunduqda sadə qollar buraxırıq, bu, məni narahat edir. Futbolçuların qazanmaq istəyi məni ümidləndirdi, səhvlər həmişə olur. Bütün fikrimizi kubokun cavab oyununa yönəldəcəyik”.

0