Teymur Rəcəbov heç-heçədən danışdı
20.04.2014 - 20:43
Teymur Rəcəbov heç-heçədən danışdı

Teymur Rəcəbov mətbuat konfransında “Shamkir Chess 2014” turnirinin ilk turunda Sergey Karyakinlə heç-heçə oynaması barədə danışıb. Apasport.az saytının məlumatına görə, Rəcəbov 13-14 yaşlarından fransız müdafiəsini oynadığını bildirib: “Sadəcə debütdə bəzi problemlər oldu. Yəqin, gələcəkdə yenə bu debütü oynamaq imkanı olacaq. Heç-heçə hələ heçnə demək deyil. Qarşıda 8 tur var. Digər partiyalarla maraqlanmırdım. Karlsenin Şəhriyar üzərində qələbəsini gördüm. Bununla belə şanslarla bağlı danışmaq hələ tezdir. Turnir indi başlayır."

 

 

0