Subaşiç vurur, komandası geriləyir
21.04.2014 - 08:11
Subaşiç vurur, komandası geriləyir

Türkiyə çempionatının I liqasında XXXVI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiç qonşu ölkədə növbəti qolunu vurub.

 

32 yaşlı futbolçu çıxış etdiyi “Orduspor”un “Bucaspor”la səfər qarşılaşmasında hesabı açıb. 11-ci dəqiqədə penaltidən fərqlənən Subaşiçin qolu qələbə üçün yetərli olmayıb və komandası 1:2 hesabı ilə məğlub olub. 90 dəqiqə meydanda olan Branimir Türkiyə çempionatındakı qollarının sayını 6-ya çatdırıb. Həmyerlimiz sonuncu dəfə 43 gün əvvəl martın 8-də “Dənizlispor”la matçda fərqlənmişdi. Bu məğlubiyyətdə sonra 34 matçda 65 xal toplayan Ordu təmsilçisi 4-cü pilləyə enib.

 

I liqadakı digər iki təmsilçimiz Davud Kərimi ilə Ufuk Budak isə yenə “18-liy”ə düşməyib. Sonuncunun çıxış etdiyi “Qaziantep BB” çempionatın lideri “İstanbul BB”yə 0:4, Davudun şərəfini qoruduğu “Fəthiyəspor” isə “Adanadəmirspor”a 1:3 hesabı ilə yenilib.

 

0