Natalya Məmmədova qələbəyə sevindi
21.04.2014 - 08:31
Natalya Məmmədova qələbəyə sevindi

Qadın voleybolçular arasında Rusiya Superliqasında pley-off mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, mərhələ çərçivəsində Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” “Tümen-TümQU”nun qonağı olub.

Görüş Omsk təmsilçisinin asan qələbəsi ilə başa çatıb – 3:0 (25:18, 25:15, 25:15). Məmmədova komandasına 11 xal qazandırıb. Cavab matçı aprelin 23-də olacaq.

Qeyd edək ki, “Omiçka” Superliqanın əsas mərhələsini 2-ci, “Tümen-TümQU” 8-ci pillədə bitirib.

0