“Qəbələ” “Latsio” ilə qarşılaşacaq
21.04.2014 - 09:05
“Qəbələ” “Latsio” ilə qarşılaşacaq

“Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası İtaliyanın Turin şəhərində keçirilən Stefano Qusella xatirə turnirində çıxışını davam etdirir. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin ilk 2 oyununda 4 xal toplayan “qırmızı-qaralar” qrupun son matçında yerli “Torino” kollektivi ilə qarşılaşıb.

Matç turinlilərin 3:1-lik qələbəsi ilə yekunlaşıb. Təmsilçimizin yeganə qoluna Cavidan Qasımlı imza atıb. Bu nəticədən sonra 4 xalla qrupu II pillədə tamamlayan “Qəbələ” XIII-XXIV yerlər uğrunda mübarizəyə qoşulub. Bu mərhələdə təmsilçimizin rəqibləri “Qrasshopper” (İsveçrə) və “Milan” (İtaliya) olub.

İlk matçda “Qrasshopper”lə üz-üzə gələn “qırmızı-qaralar” isveçrəlilərə Cavidan Qasımlının yeganə qolu ilə qalib gəlib - 1:0. Növbəti görüşdə “Milan”la qarşılaşan “Qəbələ” 0:5 hesabı ilə məğlub olub. Bu gün isə təmsilçimiz XVII-XX yerlər uğrunda daha 2 oyun keçirəcək. İlk rəqib “Latsio” olacaq. Bu görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, turnirdə 48 komanda medallar uğrunda mübarizəyə qoşulmuşdu.
 

0