UEFA kubokunun oyunları canlı yayımlanacaq
21.04.2014 - 09:35
UEFA kubokunun oyunları canlı yayımlanacaq

Futzal üzrə UEFA kubokunun Bakıda keçiriləcək “Dördlər finalı”nın oyunları canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, həlledici mərhələnin qarşılaşmalarının hamısı “İdman Azərbaycan” kanalı vasitəsi ilə azarkeşlərə təqdim ediləcək.

 

Bütün oyunlar Sərhədçi Olimpiya İdman Mərkəzində keçiriləcək turnirdə ölkəmizi Naxçıvanın “Araz” klubu təmsil edəcək. Azərbaycan çempionunun rəqibləri İspaniya “Barselona”sı, Qazaxıstan “Kayrat”ı və Rusiya “Dinamo”su olacaq.

 

24 aprel

1/2 final

18:30. "Kayrat" - "Dinamo"

21:00. "Araz" - "Barselona"

 

26 aprel

19:00. III yer uğrunda oyun

21:30. Final

 

Mənbə: affa.az

0