Dodo “Neftçi”nin futbolçusunu qabaqladı - FOTO
21.04.2014 - 10:59
Dodo “Neftçi”nin futbolçusunu qabaqladı - FOTO

“Rəvan”la oyun “Qəbələ”nin futbolçusu Luiz Paulo Hilario üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 2011-ci ilin yayında transfer olunan braziliyalı yarımmüdafiəçi “qırmızı-qara” formada yubiley – 100-cü oyununu keçirib.

 

Buna nail olan ilk futbolçu kimi klub tarixinə düşən Dodo ləqəbli legioner həm də yeni rekorda imza atıb. Cənubi amerikalı 99 oyun keçirən, hazırda “Neftçi”də çıxış edən latviyalı qapıçı Pavel Doroşevi arxada qoyub. Dodo bu oyunların 91-ni çempionat, 9-nu kubokda keçirib.

0