“İnter” ciddi itki ilə üzləşdi
21.04.2014 - 11:58
“İnter” ciddi itki ilə üzləşdi

Topaz Premyer Liqasının XXXII turunda “Xəzər Lənkəran”la qarşılaşacaq “İnter” ciddi itki ilə üzləşib. Apasport.az xəbər verir ki, komandanın əsas müdafiəçisi Brüs Abdullaye bu oyunu buraxacaq. “Bakı” ilə oyunda sarı vərəqə alan futbolçu cəzalı duruma düşüb.

Komandada 3 zədəli futbolçu da var. Bunlar Sezar Meza Kolli, Ruslan Əmircanov və Laşa Salukvadzedir. İtaliyalı hücumçudan fərqli, Əmircanov və Salukvadze fərdi qaydada məşqləri davam etdirir. Gürcü müdafiəçi isə növbəti turun oyununa çıxa bilər. Digər iki futbolçu isə Lənkəran klubu ilə oyunu buraxacaqlar.

“İnter” “Xəzər Lənkəran”la oyuna hazırlıqlara isə bir gün istirahətdən sonra başlayacaq. Bu gün bərpa məşqi keçən “bankirlər” sabah istirahət edəcək. Ondan sonra Kaxaber Sxadadze cənub klubu ilə oyunun hazırlıqlarına start verəcək. 

0