Bakı klubundan ayrılacaq legionerlərin ilkin SİYAHISI
21.04.2014 - 12:16
Bakı klubundan ayrılacaq legionerlərin ilkin SİYAHISI

“Azəryol” rəhbərliyinin baş məşqçi Ancelo Vercesinin ardınca yollarını ayıracağı bir neçə voleybolçunun adları məlumdur. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionluğuna həsədlə baxan Bakı təmsilçisi müqavilələri bitən legionerlərin çoxu ilə vidalaşacaq.

 

İlkin siyahıda Çyara di Yulio, Anneris Varqas, Marqareta Kozux, Lisa Tomsen və Fernanda İsisin adları var.

 

Lakin digər oyunçuların da bu aqibəti yaşayacağı istisna deyil. Həmçinin, ötən mövsümdən komandadan ayrılmaq istəyən Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın da yeni ildə yeni klubda peyda olunacağı istisna deyil. 

0