Qapıçını qapıda öldürdülər
21.04.2014 - 13:34
Qapıçını qapıda öldürdülər

Qabon çempionatının oyunu zamanı faciə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Bonqovil” klubunun qapıçısı Silven Azuqui son turun görüşündən sonra dünyasını dəyişib.

 

Buna qolkiperin matç zamanı aldığı zədə səbəb olub. Epizodların birində komandasını qoldan xilas edən Azuqui topu dəf etsə də, rəqib futbolçu özünü saxlaya bilməyib və qapıçının başını tapdalayıb. Belə ağır zərbədən sonra qolkiper xəstəxanaya aparılarkən yolda ölüb.

 

 

0